Nəşr edilmişdir 01/31/2025

Paylaşın

GÜNDƏM

Bakı Şəhər Gənclər və İdman İdarəsi Gənclər Günü münasibətilə mükafatlandırma mərasimi keçirib

Bakı Şəhər Gənclər və İdman İdarəsi

Bakı Şəhər Gənclər və İdman İdarəsində (BŞGİİ) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib.

Baki-baku.az-ın məlumatına görə, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ardınca ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən təsis edilən 2 Fevral – Azərbaycan Gəncləri Gününün tarixçəsi ilə bağlı videoçarxı izləyiblər.

BŞGİİ-nin rəisi Dənyar Teymurlu çıxış edərək gəncləri təbrik edib, onların müstəqil dövlətimizin qurulmasında, onun qorunmasında və inkişafında önəmli rolu oynadıqlarını vurğulayıb. O, qeyd edib ki, gənclərin beynəlxalq aləmdə tanıdılması, onların istedadlarının inkişaf etdirilməsi və müxtəlif sahələrdə uğurlar qazanması üçün müvafiq proqramlar həyata keçirilir. Onları fəal olmağa və yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.

Sonra söz gənclərə verilib, onlarla fikir mübadiləsi aparılıb, təklif və iradları dinlənilib.

Sonda gənclər cəmiyyətdəki aktivliyi, sosial layihələrdəki iştirakları və əldə etdiyi uğurlar nəzərə alınaraq mükafatlandırılıblar.

Mükafatlar gənclərin motivasiyasını artırmaq və onların gələcək fəaliyyətlərinə stimul vermək məqsədini daşıyır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri

Ən son

TARİXİMİZ

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon

TARİXİMİZ

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon