Nəşr edilmişdir 01/15/2025

Paylaşın

GÜNDƏM

“Bakı KOB evi” və “Miniboss” arasında Anlaşma Memorandumu imzalanıb

2e9139cc-1ada-4771-828c-100512000c63

“Bakı KOB evi” və “Miniboss” biznes məktəbi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Baki-Baku.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, sənəddə “Bakı KOB evi”nin nəzdində fəaliyyət göstərən Startap İnkişaf Mərkəzinin imkanlarından istifadə, “Biznes akademiyası” layihəsi çərçivəsində uşaqların biznes sahəsində biliklərinin artırılması və maliyyə savadlığına dair təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Biznes akademiyası” layihəsi 10 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulur. Layihə çərçivəsində onlar üçün hər şənbə günü Startap İnkişaf Mərkəzində peşəkar mütəxəssislər tərəfindən biznes təlimlər keçiriləcək. İki ay davam edəcək akademiyada uşaqlar biznesə dair əsas anlayışlar barədə məlumatlandırılacaq, onların liderlik və sahibkarlıq, komandada işləmək və qərar qəbul etmə, tərəfdaşlarla danışıqlar aparmaq, ictimaiyyət qarşısında çıxış etmək bacarıqları inkişaf etdiriləcək, komanda şəklində startap layihələri üzərində işləyəcəklər. Proqramı başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin yanvar-aprel aylarında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 91 min 474 əcnəbi ziyarət edib.

Ən son

GÜNDƏM

Azərbaycanda lap qədim zamanlardan qadınlara xüsusi hörmət olub.

GÜNDƏM

Azərbaycanda lap qədim zamanlardan qadınlara xüsusi hörmət olub.