Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/24/2025

Paylaşın

GÜNDƏM

AZAL təyyarəsinin qalıqları düşən yerə gül əkdilər

AZAL təyyarəsinin qalıqları, AZAL, Qazaxıstan, Aktau, Təyyarə

AZAL təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğradığı yerdə xatirə abidəsi düzəldilib.

Baki-baku.az bu barədə Orda.kz-a istinadən xəbər verir.

Qəzadan sonra təyyarəmizin qalıqlarının səpələndiyi ərazinin kiçik bir hissəsinin dəmir hasara alınıb. Həmçinin, ərazidə oturacaqlar quraşdırılıb, çəpər çəkilib və güllər əkilib.

Qazaxıstanın Tüpkaraqan rayon akimatlığından (yerli icra hakimiyyəti – red.) Orda.kz saytına bildirilib ki, yerli hakimiyyət orqanlarının abidənin quraşdırılması ilə heç bir əlaqəsi yoxdur.

“Bu, hadisəyə biganə qala bilməyən Mangistau sakinlərinin təşəbbüsüdür. Onlar öz vəsaitləri hesabına həlak olan şəxslərin xatirəsini yad etmək qərarına gəliblər. Memorial üçün büdcədən pul ayrılmayıb”, – qurumun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb, qalanları isə həlak olublar.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub