Nəşr edilmişdir 06/16/2025

Paylaşın

GÜNDƏM

AZAL bir sıra reysləri ləğv etdi – Bakıdan Tehran və Təl-Əvivə uçuşlar dayandırıldı

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.

Baki-baku.az AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:

  • Bakı – Dammam – Bakı (J2 8205/8206)
  • Bakı – Bəhreyn – Bakı (J2 505/506)
  • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
  • Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

  • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
  • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Nigar Rəfibəylinin şeirləri incə ruha, zərif hisslərə, möhkəm

Ən son

GÜNDƏM

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə

GÜNDƏM

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə