USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Boris Conson koronavirusun ikinci dalğasından danışdı - İngiltərədə sərt məhdudiyyətlər


  • Dünya
  •  16:43 22.09.2020
  •  251
https://img.baki-baku.az/news/2020/09/photo_982.jpg?v=MjAyMC0wOS0yMiAxNzowMDowNg==

İngiltərədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş Nazir Boris Conson parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, tibbi maska taxmayanlar üçün nəzərdə tutulan cərimənin məbləği 100 funt sterlinqdən 200 funt sterlinqə qaldırılıb.

Baş Nazir qeyd edib ki, bundan əlavə, bütün restoranlar, publar və barlar 24 sentyabr saat 22:00-dan etibarən fəaliyyətini dayandırmalı və ofislərdə çalışanlar yenidən evdən işləməlidirlər: “Biz hər zaman bilirdik ki, ikinci dalğanın perspektivi realdır. Hazırda biz təhlükəli bir dönüş nöqtəsinə gəlmişik”.

B. Conson vurğulayıb ki, bu qaydalar növbəti 6 ay ərzində qüvvədə qala bilər.

Qeyd edək ki, hazırda İngiltərədə 6 nəfərdən artıq şəxs toplaşa bilməz.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya