USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Delfin" Yaponiyaya yaxınlaşır - PROQNOZ


  • Dünya
  •  13:09 22.09.2020
  •  266
https://img.baki-baku.az/news/2020/09/photo_965.jpg

Yaponiyanın Sakit okean sahillərinə leysan yağışları və güclü külək gətirən “Delfin” tropik qasırğasının ölkənin şimal-şərq ərazilərinə böyük ziyan vuracağı gözlənilir.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, sentyabrın 22-də günorta saatlarına olan məlumatlara görə Yaponiyanın cənubunda yerləşən qasırğa saatda 15 kilometr sürətlə şimal istiqamətində hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürətinin saatda 108 kilometrə bərabər olduğu bildirilir.

Meteoroloqların proqnozlarına görə, sentyabrın 24-dən 25-nə keçən gecə qasırğa Yaponiyanın şərq və qərb sahillərinə çatacaq.

Sentyabrın 24-də Tokay və Kanto regionlarında, həmçinin İzu adalarında küləyin sürətinin saatda 86,4 kilometrə, arabir saatda 126 kilometrə çatacağı gözlənilir. Həmçinin sentyabrın 22-dən başlayaraq Yaponiyanın şərq və qərb sahillərinə güclü yağış yağacağı proqnozlaşdırılır.

Bununla əlaqədar sakinlər hava haqqında məlumatları diqqətlə izləməyə, leysan yağışlara və güclü küləyə qarşı hazır olmağa dəvət edilirlər.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya