USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ Konqresi Ukrayna və İsrailə yardımı ayırmağı təklif edir


  • Dünya
  •  10:03 27.10.2023
  •  97
https://img.baki-baku.az/news/2023/10/photo_9337.jpg

ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson “Fox News” telekanalına müsahibəsində deyib ki, Ukrayna və İsrailin maliyyələşdirilməsi ayrı-ayrılıqda həyata keçirilməlidir. Məlumatı “İnterfaks.ru” verib.

Conson açıq şəkildə bildirib ki, o, Ağ Evin Ukrayna və İsrailə 106 milyard dollarlıq yardım paketi tələbini dəstəkləməyəcək.

O, ABŞ Prezidenti Co Baydenlə görüşdə deyib: “Nümayəndələr Palatasındakı  respublikaçılar arasında bu məsələləri bir-birindən ayırmaq lazım olduğuna dair konsensus var”.

Spiker qeyd edib ki, qanunvericilər “xərclənmiş pullar haqqında hesabatlar”, habelə administrasiyanın Ukrayna ilə bağlı gələcək planları haqqında məlumat almaq istəyirlər.

İsrailin "Haaretz" qəzeti də yazıb ki, ABŞ Senatındakı respublikaçılar İsrail və Ukraynaya yardımı iki ayrı hissəyə bölməyə çalışırlar.

Nəşrin məlumatına görə, respublikaçı senatorlar Bayden administrasiyasının İsrailə təklif etdiyi təcili yardımla Ukraynaya yardımı ayırmağa yönəlmiş qanun layihəsi hazırlayıblar.

P.ƏMİRCANOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Dünya