USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İsrailin müdafiə naziri: "Qəzzaya qurudan hücum aylarla davam edə bilər"


  • Dünya
  •  12:49 23.10.2023
  •  95
https://img.baki-baku.az/news/2023/10/photo_9213.jpg

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzzaya quru hücumu aylarla davam edə bilər.

"Yediot Ahronot" qəzetində yer alan xəbərə görə, Qalant bu barədə Qəzza sərhədi yaxınlığında keçirilən "Hava Qüvvələri Əməliyyat Komandanlığı" toplantısında açıqlama verib.

Qalant "İsrail ordusunu dayandıra biləcək heç bir şey yoxdur. Manevrin (Qəzza hücumlarına İsrailin qoyduğu ad) əməliyyat tərəfi hava imkanları və quru əməliyyatlarından ibarətdir. Qəzzada quru əməliyyatı orada son müharibə olmalıdır, çünki ondan sonra "Həmas" olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma sonda orada HƏMAS qalmayacaq” deyib.

Qeyd edək ki, İsrail ordusu daha əvvəl verdiyi açıqlamada “müharibə”nin növbəti mərhələsinə (qurudan hücum) hazırlıq çərçivəsində İsrail qüvvələrinin Qəzzada üzləşə biləcəyi təhlükələri azaltmaq üçün hava hücumlarını gücləndirdiyini bildirib.

Anar ƏLİ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Dünya