USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyənin təhlükəsizlik qüvvələri son bir ildə 1640 terrorçunu zərərsizləşdirib


  • Dünya
  •  15:50 12.10.2023
  •  94
https://img.baki-baku.az/news/2023/10/photo_8929.jpg

İraq və Suriyanın şimalında aparılan antiterror tədbirləri də daxil olmaqla, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən son bir həftə ərzində 252, son bir ildə isə 1640 terrorçu zərərsizləşdirilib. Beləliklə, antiterror tədbirlərinin başladığı 2015-ci il iyulun 24-dən indiyədək zərərsizləşdirilən terrorçu sayı 38 min 983-ə çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk mediaya bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində Türk Silahlı Qüvvələri tərəfindən Suriya və İraqda terrorçulara aid 194 müxtəlif sığınacaq məhv edilib. Ötən bir il ərzində Suriyada terrorçular tərəfindən türk əsgərlərinə qarşı 388 təxribat və hücum olub. Buna qarşılıq olaraq 233-ü son bir həftədə olmaqla, il ərində 1246 terrorçu zərərsizləşdirilib.

Eyni zamanda, son bir həftədə qanunsuz yollarla Türkiyə sərhədini keçməyə cəhd göstərən 637 nəfər saxlanılıb, 4771 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. İl ərzində isə sərhədi qeyri-qanuni yollarla keçməyə cəhd edərkən saxlanılanların sayı 9 min 230 nəfər olub. Onlardan 537-nin terror təşkilatının üzvü olduğu müəyyənləşib. Son bir ildə qanunsuz yollarla Türkiyə sərhədini keçməsinin qarşısı alınanların sayı isə 171 min 382 nəfər təşkil edib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Dünya