USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kennedilər ailəsinin üzvü yenidən ABŞ prezidenti ola bilər


  • Dünya
  •  16:25 10.10.2023
  •  92
https://img.baki-baku.az/news/2023/10/photo_8880.jpg

Kennedilər ailəsinin üzvü Robert F. Kennedi ABŞ-da keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyi planlaşdırır.

CNN telekanalı xəbər verir ki, ətraf mühit məsələləri üzrə hüquqşünas və ABŞ-ın sabiq prezidenti Con Fitscerald Kennedinin qohumu, 69 yaşlı Robert Kennedi bu barədə ailəsi tərəfindən qurulan Demokratlar Partiyasını tərk edərkən deyib. O, bir müddət öncə, ABŞ Prezident Cozef Baydenə qarşı Demokratlar Partiyasından namizədliyini irəli sürəcəyini elan etmişdi.

Robert Kennedinin ali dövlət postu uğrunda mübarizədə iştirakı Birləşmiş Ştatlarda seçki yarışını daha da mürəkkəbləşdirə bilər. Ötən həftə keçirilən sosioloji rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 14 faizi Robert Kennedini, 40 faizi Donald Trampı, 38 faizi isə Cozef Baydeni dəstəkləyib.

Seçkilərə hələ bir ildən də çox vaxt qalmasına baxmayaraq, Robert Kennedinin 2024-cü ilin noyabrında bu dəstəyi səsə çevirə biləcəyi bəlli deyil. O, həm Cozef Baydenin, həm də Donald Trampın tərəfdarlarını özünə cəlb edərək seçkilərdə qələbə qazanacağına ümid edir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Dünya