USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukraynaya əlavə silahlar verilməsi ABŞ Konqresindəki respublikaçılarla Ağ ev arasında gərginliyi artırıb


  • Dünya
  •  12:24 25.09.2023
  •  98
https://img.baki-baku.az/news/2023/09/photo_8488.jpg

Ukrayna Prezidenti Volodimir Zelenskinin Birləşmiş Ştatlara səfəri zamanı Vaşinqtondan daha çox silah-sursat tələb etməsi yeni maliyyə ili ərəfəsində büdcəsinin təsdiq edilməsi üzrə Konqres və Ağ ev arasında gərginliyi artırıb.

“Times” nəşri xəbər verir ki, Konqresdə ABŞ Prezidenti Co Baydenin tərəfdarı olan demokratlar ilə respublikaçılar arasında büdcənin xərcləmələr hissəsinə dair qanun layihələri ilə bağlı şiddətli çəkişmə davam edir və bu məsələ sentyabrın 30-na qədər həll olunmazsa, Birləşmiş Ştatlar hökumətinin fəaliyyəti dayandırıla bilər.

Hökumətin bağlanması milli parklar, muzeylər və federal maliyyə vəsaiti ilə fəaliyyət göstərən digər sahələrdəki yüz minlərlə işçinin əməkhaqqını riskə atacaq, eyni zamanda, 2024-cü ildə yenidən prezidentliyə namizəd olmaq istəyən Bayden üçün əhəmiyyətli siyasi risk yaradacaq.

Ağ evin dediyinə görə, Nümayəndələr Palatasında respublikaçıların rəhbəri olan Kevin MakKartni ilə Co Bayden arasında razılaşdırılmış hökumət xərcləri ətrafında razılıq əldə olunmayıb. "Kiçik bir ifrat respublikaçı qrupu razılaşmanı rədd edir və ona görə də indi Amerikadakı hər kəs bunun əvəzini ödəməyə məcbur ola bilər", -deyə ABŞ Prezidenti bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə axşamı Konqresə 18 aydır davam edən müharibədə Rusiya qüvvələri ilə döyüşmək üçün daha çox silah tələb etməsinin ardından Kiyevə əlavə yardımla bağlı gərginlik artır. Senatdakı hər iki partiya 24 milyard dollarlıq yardım layihəsini dəstəkləyir. Ancaq Nümayəndələr Palatasındakı bir ovuc sərt respublikaçı qanadı Prezidenti onu əngəlləməklə təhdid edir.

Keçmiş prezident Donald Trampın yaxın müttəfiqi, konqresmen Marjori Teylor Qrin özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb: "Mən Ukraynada müharibəyə yardım üçün bir sent də ayırmağa səs vermirəm. Mənim üçün əsas olan Amerikadır, mən Amerika Birləşmiş Ştatları, Amerika xalqı üçün çalışıram".

Nümayəndələr Palatasının üzvü, respublikaçı Eli Kreyn də bu fikri dəstəkləyib. O, sosial şəbəkədə paylaşdığı videoda deyib: "Bütün ölkədə insanlar başqalarını maliyyələşdirməkdən o qədər yorulublar ki... Bizdə olmayan pulları xərcləməyə davam edirik".

Respublikaçı konqresmen və senatorların bu təzyiqi Kevin MakKartnini pir vəziyyətdə qoyub. Nümayəndələr Palatasının respublikaçı deputatı Mayk Törner deyib: "O, çox çətin vəziyyətdədir, çünki nəzarətçilər Kevin MakKartniyə deyirlər: "Bu məsələdə demokratların dəstəyini əldə etməyinizi istəmirik. Biz daha qətiyyətli hərəkət etməyin tərəfdarıyıq”.

 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Dünya