USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

21 milyonu ötdü - dünyada COVİD-19-a yoluxmada artım


  • Dünya
  •  13:33 14.08.2020
  •  307
https://img.baki-baku.az/news/2020/08/photo_84.jpg?v=MjAyMC0wOC0xNCAxMzozNjoyOA==

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 21 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 13-də dünyada koronavirusa 284 min 113 nəfər yoluxub, 6 min 655 nəfər isə dünyasını dəyişib.

Saytın məlumatına əsasən, hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxanların sayı 21 milyon 92 min 96 nəfərə, ölənlərin sayı isə 757 min 727 nəfərə çatıb. Eyni zamanda, 13 milyon 944 min 364 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 390 min xəstədən 64 min 511 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 5 milyon 415 min 977 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 3 milyon 229 min 621 nəfər. Hindistanda 2 milyon 464 min 316 nəfər, Rusiyada 912 min 823 nəfər, Cənubi Afrika Respublikasında 572 min 865 nəfər, Peruda isə 507 min 996 nəfər COVID-19 xəstəliyinə yoluxub.

COVID-19 xəstəliyindən ölənlərin sayına görə də ABŞ dünya lideridir – 170 min 419 nəfər. İlk beşliyə daxil olan Braziliyada 105 min 564, Meksikada 55 min 293, Hindistanda 48 min 177, Birləşmiş Krallıqda isə 41 min 347 nəfər koronavirus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Dünya