- Prezident
- 15:15 25.09.2023
İran və ABŞ məhbus mübadiləsini planlaşdırır. Vaxt dəqiq müəyyən edilməsə də, mübadilənin sentyabrın 18-də baş tutacağı gözlənilir.
"Bloomberg" agentliyinin məlumatına görə, proses BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasının açılışına bir gün qalmış başa çata bilər.
Avqustun 10-da “The New York Times” qəzeti Vaşinqtonla Tehranın məhbus mübadiləsi barədə razılığa gəldiyini yazıb. Elə həmin gün Ağ ev belə bir razılaşmanın mövcudluğunu təsdiqləyib. Razılaşmaya əsasən, İran ABŞ-ın sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında dondurulan 6 milyard dolları geri ala biləcək.
Tehran “Nüvə sazişindən” çıxdıqdan sonra ABŞ İrana qarşı sanksiyalar tətbiq edib. Nəticədə ən iri səkkiz neft idxalatçısı, o cümlədən Cənubi Koreya İrandan enerji resursları almağı dayandırıb. Eyni zamanda, Koreya Respublikası İran neftinin idxalı üçün nəzərdə tutulan vəsaiti dondurmaq qərarına gəlib.