USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İmran Xanın həbs müddəti 14 gün uzadılıb


  • Dünya
  •  10:57 14.09.2023
  •  19
https://img.baki-baku.az/news/2023/09/photo_8233.jpg

Pakistan Məhkəməsi ölkənin sabiq baş naziri İmran Xanın və sabiq xarici işlər naziri Şah Mahmud Qüreyşinin həbs müddətini 14 gün uzadıb. Məlumatı “Anadolu” verib.

Yerli mətbuatın məlumatına görə, məhkəmədə “dövlət sirrini yaymaqda” ittiham olunan Xan və Qüreyşinin işi üzrə növbəti dinləmələr keçirilib. Məhkəmə hər ikisi haqqında həbs müddətinin 26 sentyabra qədər uzadılması barədə qərar verib.

Qeyd edək ki, avqustun 29-da Pakistan Məhkəməsi İmran Xanın haqqındakı 3 illik həbs hökmünü dayandırıb və onu girov müqabilində azadlığa buraxıb. Ancaq bir gün sonra Xan “dövlət sirrini yaymaq” ittihamı ilə yenidən həbs edilib. 

Paşa ƏMİRCANOV




Redaktorun seçimi

Hayastanın yol xəritəsi Bakıda çəkilir
  • Siyasi təhlil
  • 11:49 26.09.2023
Hayastanın yol xəritəsi Bakıda çəkilir

Dünya