USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Vaşinqtonu Çinlə müharibəyə hazırlaşmağa çağırıb


  • Dünya
  •  11:55 13.09.2023
  •  94
https://img.baki-baku.az/news/2023/09/photo_8194.jpg

ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Frenk Kendall Vaşinqtonu Çinlə mümkün hərbi toqquşmaya hazırlığı gücləndirməyə çağırıb.

“The Hill” qəzeti xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ-ın hərbi potensialı Çinin Tayvana qarşı təcavüzünü dayandırmağa kifayət etməsə, müharibə qacılmaz olacaq.

Frenk Kendall iddia edir ki, Çin Sakit Okeanın qərbində Birləşmiş Ştatlarla mümkün silahlı münaqişəyə hazırlıq məqsədilə ordusunu gücləndirir. Pekin aviadaşıyıcılara və aerodromlara zərbə endirmək, həmçinin kosmosda və kiber sahədə informasiya üstünlüyünü saxlamaq üçün iki yeni qoşun növü hazırlayıb.

Xatırladaq ki, Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Pekinin rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in əyalətlərindən biridir.

Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik münasibətləri kəsib və Pekinin “Vahid Çin” siyasətini tanıyıb. Vaşinqton, eyni zamanda Taybey administrasiyasına silah tədarükünü davam etdirir.

ABŞ Prezidenti Cozef Bayden ötən ilin sentyabrında CBS telekompaniyasına müsahibəsində Çinin mümkün hərbi müdaxiləsi halında Birləşmiş Ştatların Tayvanı müdafiə edəcəyini bildirib. O, həmçinin deyib ki, Vaşinqton adanın müstəqillik cəhdlərini təqdir etmir.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Dünya