USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Özbəkistanda “Nümunəvi ailələrə” xüsusi döş nişanları veriləcək


  • Dünya
  •  16:47 05.09.2023
  •  85
https://img.baki-baku.az/news/2023/09/photo_8033.jpg?v=MjAyMy0wOS0wNSAxOTowNTozNg==

Özbəkistanda uğurlu və stabil ailələrin həyat təcrübəsinin geniş yayılmasına, ailə institutunun möhkəmlənməsinə, ailə dəyərlərinin saxlanılmasına və inkişaf etdirilməsinə öz layiqli töhfəsini vermiş ailələr “Nümunəvi ailə” (“İbratli oilə”) döş nişanı ilə təltif ediləcək.

Özbəkistan KİV-i  xəbər verir ki, hökumət bu yaxında qəbul etdiyi qərarla döş nişanının verilməsi qaydalarını müəyyən edib. Döş nişanı ölkə başçısının 7 mart 2022-ci il tarixli fərmanı ilə təsis edilib.

Nişanı təkcə Özbəkistan vətəndaşları yox, həm də ölkədəki vətəndaşlığı olmayan şəxslər və əcnəbilər ala biləcəklər.

Döş nişanı ilə təltif ediləcək namizədlərin siyahısı hər il mart ayının 1-dək ölkənin qadın fəalları və Ailə Dəyərlərinin Möhkəmləndirilməsi Komissiyası tərəfindən tərtib ediləcək. Martın 15-dək namizəd ailələr araşdırılacaq, daha münasib namizədlərlə bağlı yekun rəy isə 15 aprel tarixinə qədər veriləcək.

Namizəd ailələrin seçilməsi zamanı aşağıda qeyd edilən amillər nəzərə alınacaq: ailə kitabxanalarının, habelə, ictimai yerlərdə kitabxanaların yaradılması, bu ailələrin üzvlərinin təhsil səviyyəsi, daha doğrusu, ailədə alim və ziyalıların, onların elmi dərəcələrinin olub-olmaması; ailədə övladlığa və ya himayəyə götürülmüş uşaqların olub-olmaması, eləcə də, ailə himayəsindən məhrum olmuş uşaqların tərbiyə edilib-edilməməsi; ailənin idmanla məşğul olub-olmaması, idman üzrə milli və beynəlxalq səviyyədə nailiyyətlərin olub-olmaması; ailə təsərrüfatının və sahibkarlığının idarə edilməsi bacarığı.

Müəyyən edilmiş qaydaya əsasən, mükafata layiq görülmüş ailələr təntənəli surətdə 15 may - Beynəlxalq Ailə gününün qeyd edildiyi ərəfədə təltif olunacaq. “Nümunəvi ailələrə” bunun üçün hətta müəyyən edilmiş məbləğ üzrə hesablanmış 4 baza həcmi - 1 330 000 sum (cari məzənnə üzrə təxminən 100 ABŞ dollarından bir qədər çox) miqdarında mükafat da təqdim ediləcək. “Nümunəvi ailə” nişanı, həmçinin, belə “nümunəvi ailələrin” yaşadığı mənzillərin və yaşayış evlərinin girişinə vurulacaq.

Hər ailə belə bir mükafatı yalnız bir dəfə almaq imkanına malikdir.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Dünya