USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yaponiyanın qərarı regionda birmənalı qarşılanmadı


  • Dünya
  •  16:38 24.08.2023
  •  112
https://img.baki-baku.az/news/2023/08/photo_7745.jpg

Yaponiyanın Tokyo Electric Power (TEPCO) şirkəti “Fukusima-1” Atom Elektrik Stansiyasının suyunu okeana axıtmağa başlayıb. Proses canlı yayımda nümayiş olunub. Təmizlənmiş su sahildən bir kilometr məsafədə sualtı tunel vasitəsilə axıdılır. Gün ərzində 460 ton su axıdılacaq. Təmizlənmiş hər ton suya 1,2 min ton təmiz dəniz suyu qarışdırılır. İlk 17 gündə 8 tondan az su axıdılacaq. Tokio dünyanı narahat olmamağa çağırır, lakin region ölkələri artıq etiraz səslərini ucaldırırlar.

2011-ci ildə stansiyada baş vermiş qəzadan sonra Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasından təmizlənən radioaktiv suyun necə utilizasiyası ilə bağlı uzun müddətdir davam edən mübahisəyə son qoyulub. Baş nazir Fumio Kişida hökumətinin qərarı ilə avqustun 24-dən etibarən stansiyanın 90 faizi dolu olan nəhəng anbarlarından su okeana axıdılır. Qeyd etmək yerinə düşər ki, MAQATE tərəfindən təsdiqlənmiş qərarı qəbul edən baş nazir Kişida ölkə daxilində və xaricində hakimiyyət üçün qaçılmaz siyasi və reputasiya itkilərinə baxmayaraq, ona yenidən baxılmayacağını açıq şəkildə bildirmişdi. Ötən bazar günü baş nazir Kişida “Fukusima-1” AES-də olmuş və onun top-menecerləri ilə görüşmüş, ertəsi gün isə Balıqçılıq Kooperativləri Assosiasiyaları Milli Federasiyasının rəhbərliyi ilə izahat xarakterli söhbət aparmışdı. Görüş zamanı yapon balıqçılar hökumətin qərarı ilə razılaşmadıqlarını bildirsələr də, Fumio Kişida qərarından dönməyəcətini vurğulamışdı.

Çərşənbə axşamı Fukusima prefekturasına səfər edən və onun qubernatoru Masao Uçibori ilə görüşən İqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura qeyri-populyar qərarı izah etməyə çalışmışdı. Bununla belə, Fukusima qubernatoru mərkəzi hakimiyyət orqanlarını “prefekturanın vəziyyətini və balıqçıların fikirlərini ciddi qəbul etməyə” çağırmışdı. Həmin gün nazir Nişimuranın prefektura Balıqçılıq Kooperativ Assosiasiyasının prezidenti Tetsu Nozaki ilə söhbətinin gərgin keçməsi barədə məlumat verilir. Belə ki, Tetsu Nozaki xəbərdarlıq edir ki, balıqçılar bundan sonra da hökumətin məlum qərarına qarşı çıxacaqlar.

Fukusima prefekturasının rəhbərliyi və yerli balıqçılarla yanaşı, Tokionun nüvə tullantılarının okeana atılmasına başlaması Yaponiyanın bir sıra digər regionları tərəfindən də dəstəklənmir. Məsələn, Fukusima prefekturasının qubernatoru İbaraki Kazuhiko Oiqava “Fukusima-1” AES operatorunu stansiyadan suyun axıdılması məsələsinə “korporativ idarəetmə məntiqinə görə yox, balıqçıların mövqeyini nəzərə alaraq” yaxınlaşmağa çağırıb. Miyaqi prefekturasının qubernatoru Yoshihiro Murai da yerli balıqçıların və fermerlərin gələcək taleyindən narahatlığını ifadə edərək, oxşar bir açıqlama verib.

“Kyodo” agentliyinin məlumatına görə, 2023-cü maliyyə ilində (2024-cü il martın 31-də başa çatır) “Fukusima-1” AES-dən okeana təxminən 31,2 min ton təmizlənmiş su axıdılacaq. Suyun tərkibindəki tritium konsentrasiyasının ümumi səviyyəsi təxminən 5 trilyon bekkerel olacaq. Bu suyun 30 il ərzində mərhələli şəkildə okeana axıdılması planlaşdırılır və MAQATE prosesə nəzarət etmək niyyətindədir. İlkin hesablamalara görə, Yaponiya hakimiyyəti və TEPCO enerji şirkəti 2028-ci maliyyə ilinə qədər “Fukusima-1” təcili AES-də reaktorların soyudulması zamanı əmələ gələn radioaktiv suyun yığılma həcmini gündə 140 tondan 50-70 tona endirməyi planlaşdırır.

MAQATE-nin baş direktoru Rafael Qrossi tənqid atəşi altında qalan Yaponiya hakimiyyətini dəstəkləmək üçün yeni bəyanatla çıxış edib. “MAQATE-nin su tullantılarının təhlükəsizliyinin qiymətləndirilməsi üzrə işinə başladığı gündən mən Koreya Respublikası və digər ölkələrlə bu istiqamətdə mühüm fəaliyyətlərimiz barədə məlumat vermək üçün fəal əməkdaşlıq etmişəm. İctimaiyyətin haqlı narahatlığını aradan qaldırmağın yeganə yolu onları məlumatlandırmaqdır. Əldə edilən razılaşma qarşıdakı həftələr, aylar və illərdə şəffaflığın vacibliyini vurğulayır”, - deyə Rafael Qrossi bildirib. Suyun axılması prosesini həyata keçirən “Tokyo Electric Power” şirkəti də təmizlənmiş suyun ətraf mühit üçün tamamilə təhlükəsiz olduğunu vurğulayır.

Buna baxmayaraq, narazılıqları aradan qaldırmağa hesablanmış bu məlumatlar beynəlxalq qalmaqalın baş verməsinə mane ola bilmədi. Gözlənildiyi kimi, ən böyük narazılıq da Pekindən gəldi. Çinin xarici işlər nazirinin müavini Sun Veydun çərşənbə axşamı Yaponiya səfiri Hideo Tarumini Yaponiya hökumətinin qərarı ilə əlaqədar nazirliyə çağıraraq ölkəsinin narazılığını bildirib.Eyni zamanda, Çin Xarici İşlər Nazirliyinin şərhində qeyd edib ki, “Okean bütün bəşəriyyətin ümumi mülkiyyətidir və “Fukusima” AES-dən suyun zorla okeana axıdılmasına başlamaq beynəlxalq ictimai maraqlara məhəl qoymayan son dərəcə eqoist və məsuliyyətsiz bir hərəkətdir”. Çin artıq real addımlar da atmağa başalyıb. Belə ki, ötən çərşənbə axşamı Honq-Konq hökuməti avqustun 24-dən etibarən Yaponiyanın on prefekturasından dəniz məhsulları idxalına qadağa qoyub. Məlumata görə, 2022-ci ildə Honq-Konqa dəniz məhsulları ixracı təxminən 536 milyon dollar təşkil edib. Çinin digər xüsusi inzibati bölgəsi olan Makaonun hakimiyyət orqanları da Yaponiyanın on prefekturasından bir sıra ərzaq məhsullarının idxalına qadağa qoyulduğunu elan edib. Bu isə yapon balıqçılarının böyük məbləğdə maliyyə itkilərilə üzləcəklərindən xəbər verir.

Cənubi Koreya uzun müddət suyun okeana atılmasına qarşı çıxırdı, lakin MAQATE-nin belə addımları təsdiqləməsindın sonra fikrini dəyişdi. Eyni zamanda, baş nazir Han Dok-su Yaponiyanı şəffaf olmağa çağırıb. Tayvanda da həyəcan təbili çalırlar, adada Çinlə münaqişə fonunda ekoloji böhranın baş verəcəyindən qorxurlar. Taybeydə narahatdırlar ki,  Yaponiyadan axıdılan suyun bir hissəsi Tayvana doğru istiqamətlənəcək və 1-2 il sonra ada sahillərinə çatacaq. Bu baxımdan, Tayvanın qiymətləndirməsinə görə, adanın yaxınlığındakı su bölgəsində tritium konsentrasiyası dörd ildən sonra pik həddə çatacaq.

S.ELAY




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səbuhi MƏMMƏDOV