USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə prezidentinin körfəz ölkələrinə səfəri başlayır


  • Dünya
  •  11:33 17.07.2023
  •  39
https://img.baki-baku.az/news/2023/07/photo_7633.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan körfəz ölkələrinə üç günlük səfər edəcək.

Ərdoğan həmkarları ilə görüşmək üçün növbə ilə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Dövlət başçısı bu ölkələrin rəhbərliyi ilə danışıqlar aparacaq, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Görüşlərin nəticələrinə əsasən tikinti-podrat sektorunda, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində müqavilələrin bağlanması planlaşdırılır. Danışıqlarda, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Bu yaxınlarda vitse-prezident Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək də bölgəyə səfər edərək bir sıra təmaslar aparıblar.

Anar ƏLİ




Redaktorun seçimi

Hayastanın yol xəritəsi Bakıda çəkilir
  • Siyasi təhlil
  • 11:49 26.09.2023
Hayastanın yol xəritəsi Bakıda çəkilir

Dünya