USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

COVID-19 - 29 milyon nəfərdən 21 milyonu sağalıb STATİSTİKA


  • Dünya
  •  11:48 14.09.2020
  •  267
https://img.baki-baku.az/news/2020/09/photo_728.jpg

Dünyada koronavirus infeksiyasından sağalanların sayı 21 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 13-də dünya üzrə 243 min 969 nəfər koronavirus infeksiyasına yoluxub, 3 min 905 nəfər həyatını itirib, 220 min 640 xəstə isə sağalıb.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 29 milyon 188 min 603 yoluxma və 928 min 325 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 21 milyon 31 min 679 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 228 min 599 xəstədən 60 min 501 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 708 min 458 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri pandemiyanın episentrinə çevrilən Hindistan tutur - 4 milyon 846 min 427 nəfər. Braziliyada 4 milyon 330 min 455, Rusiyada 1 milyon 62 min 811, Peruda 729 min 619, Kolumbiyada 716 min 319 nəfər, COVID-19 xəstəliyinə yoluxub.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir (198 min 520 nəfər). İlk beşliyə daxil olan Braziliyada 131 min 663, Hindistanda 79 min 754, Meksikada 70 min 821, Böyük Britaniyada 41 min 628 nəfər koronavirus infeksiyası səbəbindən vəfat edib.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya