USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Macarıstanın baş naziri: Sanksiyalar Rusiyanı zəiflətmir, Avropa iqtisadiyyatına böyük ziyan vurur


  • Dünya
  •  12:15 15.07.2022
  •  313
https://img.baki-baku.az/news/2022/07/photo_7248.jpg

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı düşünülməmiş iqtisadi sanksiyalarla “özünü ağciyərlərindən vurub” və bu sanksiyalar aradan qaldırılmasa, onlar Avropa iqtisadiyyatını məhv etmək riski daşıyır.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Orban yerli radioya müsahibəsində deyib.

“Əvvəlcə mən elə bilirdim ki, biz özümüzü yalnız ayağımızdan vurmuşuq, amma indi aydın olur ki, Avropa iqtisadiyyatı özünü ağciyərlərindən vurub və öz nəfəsini kəsir”, - Baş nazir qeyd edib.

Orban bildirib ki, Ukraynanın köməyə ehtiyacı var, lakin Avropa liderləri strategiyalarını yenidən nəzərdən keçirməlidir, çünki sanksiyalar Rusiyanı zəiflətmir və aylarla davam edən müharibəni hər hansı bir həll yoluna yaxınlaşdırmadan Avropa iqtisadiyyatına böyük ziyan vurur: “Sanksiyalar Ukraynaya kömək etmir, lakin onlar Avropa iqtisadiyyatı üçün pisdir və belə davam edərsə, Avropa iqtisadiyyatını məhv edəcək. Hazırda gördüklərimiz dözülməzdir”.

O diqqətə çatdırıb ki, Brüsseldəki məmurlar sanksiya siyasətinin yanlış fərziyyələrə əsaslandığını etiraf etməli və strategiyanı dəyişdirilməlidirlər.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya