- İdman
- 12:11 13.06.2022
KXDR ordusu 3 raket buraxılışı həyata keçirib.
APA-nın Yonhapa istinadla xəbərinə görə, bu barədə Koreya Respublikasının Gərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Komitədən bildirilib ki, raketlər Pxenyan yaxınlığındakı bazadan buraxılıb. 1 ballistik və 1 qitələrarası raket Yapon dənizinə düşüb. Bir raketin buraxılışı isə uğursuz olub. O, 20 km yüksəkliyə qalxdıqdan sonra yoxa çıxıb.