USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Stoltenberq: “Putin NATO-nu Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”


  • Dünya
  •  15:51 24.05.2022
  •  191
https://img.baki-baku.az/news/2022/05/photo_7054.jpg

Rusiya Prezidenti Putin Rusiya sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi, lakin o, bunun əksini əldə etdi.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

 

Baş katib, 2021-ci ilin dekabrında Rusiya hökumətinin NATO-ya ultimatum verdiyini xatırladıb: “Bu ultimatumda Avropada təhlükəsizlik arxitekturasının yenidən yazılması, Rusiyanın təsir dairəsinin yaradılması, NATO-nun alyansın şərqdəki müttəfiqlərindən imtinası və NATO-nun genişləndirilməsinin sonlandırılması tələb edilirdi. Prezident Putin öz sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi və bu müharibəni başlatdı. Lakin o, NATO-nu indi Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”.

Stoltenberq qeyd edib ki, daha çox ölkələr NATO-ya üzvlük üçün müraciət edir. O, Finlandiya və İsveçin NATO-ya üzvlük qərarını tarixi adlandırıb: “Bu onu göstərir ki, Avropanın təhlükəsizliyi şiddət və hədə ilə diktə edilə bilməz.

Mən əminəm ki biz bütün müttəfiqlərimizin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab tapa biləcəyik”.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya