USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin: “Rusiya iqtisadiyyatı sanksiya zərbələrinə layiqincə tab gətirir”


  • Dünya
  •  15:46 23.05.2022
  •  191
https://img.baki-baku.az/news/2022/05/photo_7047.jpg

Rusiya iqtisadiyyatı bütün çətinliklərə baxmayaraq, sanksiya zərbələrinə layiqincə tab gətirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Bütün çətinliklərə baxmayaraq, qeyd etmək istərdim ki, Rusiya iqtisadiyyatı sanksiyaların təsirinə tab gətirir, kifayət qədər layiqincə tab gətirir. Bütün əsas makroiqtisadi göstəricilər bundan xəbər verir", - Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, ölkədəki iqtisadi vəziyyət Rusiya hakimiyyətindən xüsusi səylər tələb edir, ümumilikdə bu səylər müsbət nəticə verir: "Bəli, əlbəttə ki, hər şey asan deyil. Baş verən hər şey hökumətin iqtisadi blokundan xüsusi diqqət və səy tələb edir. Ümumiyyətlə, bunu vurğulamaq istəyirəm ki, bu səylər müsbət nəticə verir", -

Putin bunun o cümlədən, Rusiya Federasiyası ilə Belarus arasında ticarətin səviyyəsinə təsir etdiyinə də diqqət çəkib.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Dünya