USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edilib


  • Dünya
  •  14:22 17.05.2022
  •  187
https://img.baki-baku.az/news/2022/05/photo_6991.jpg

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edilib.

APA xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska yerli mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, Ədliyyə Nazirliyi 7 il davam edən prosedurlardan sonra ötən həftə Kommunist Partiyasının fəaliyyətinin ölkədə qadağan edilməsi ilə bağlı məhkəmə qərarını qəbul edib.

Nazir kommunist ideologiyasının və simvolikasının qadağan edilməsi ilə bağlı qanunun 2015-ci ildə qəbul edildiyini, lakin Kommunist Partiyasının qadağan edilməsinin sürətlə aparılmadığını vurğulayıb.

“Yalnız öz ötən həftə biz məhkəmə qərarını, Kommunist Partiyasının Ukraynada qadağan edilməsi ilə bağlı apellyasiya qərarını qəbul etmişik. Baxmayaraq ki, 2015-ci ildən artıq 7 illik hüquqi qiymətləndirilmə dövrü keçib”, - deyə Malyuska “Ukraine 24” telekanalının efirində deyib.

Nazir qeyd edib ki, Ukraynadakı “Rusiyayönümlü partiyalar”ın qadağan edilməsini nəzərdə tutan yeni qanunvericilik bu sahədə prosedurların sürətlə aparılmasına imkan verir. O əlavə edib ki, bu partiyaların qadağan edilməsi üçün sadəcə 2 ay kifayət edəcək. Belə ki, məhkəmə prosesi bir ay, daha bir ay isə apellyasiya prosesi çəkəcək.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya