USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Renault” “Moskviç” istehsal edəcək


  • Dünya
  •  16:04 16.05.2022
  •  175
https://img.baki-baku.az/news/2022/05/photo_6977.jpg

“Renault” Moskva meriyasının balansına keçib, “Moskviç” brendi altında avtomobillər istehsal edəcək. Moskva meri Sergey Sobyanin “Renault” avtomobil zavodunu şəhər büdcəsinə götürmək qərarı verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, şəxsi bloqunda yazıb.

"Əcnəbi sahibi Moskvadakı “Renault” zavodunu bağlamaq qərarına gəlib. Bu, onun hüququdur. Minlərlə işçinin işsiz qalmasına icazə verə bilmərik. Mən zavodu şəhərin balansına götürmək haqqında qərar verdim”, - Sobyanin yazıb.

Merin sözlərinə görə, o, zavodun işçi kollektivinin əksəriyyətini saxlamağa çalışacaq. Müəssisə tarixi “Moskviç” brendi altında avtomobillərin istehsalını bərpa edəcək.

“Yenidən canlanan "Moskviç" Moskva Avtomobil Zavodunun əsas texnoloji tərəfdaşı "Kamaz" olacaq. Birinci mərhələdə daxili yanma mühərrikli klassik avtomobillərin, gələcəkdə isə elektromobillərin istehsalı təşkil olunacaq", - Sobyanin vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyinin teleqram kanalı “Renault Russia” QSC-nin səhmlərinin yüz faizinin Moskva meriyasının mülkiyyətinə keçəcəyi barədə məlumat yayıb.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Dünya