USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib


  • Dünya
  •  11:06 13.05.2022
  •  169
https://img.baki-baku.az/news/2022/05/photo_6956.jpg

Rusiya Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş əldə etmək üçün İzyum və Severodonetsk yaxınlığında ciddi səylər göstərir.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın bu cinahda əsas məqsədi Ukrayna qüvvələrini mühasirəyə alaraq ölkənin qərbindəki bölmələrin dəstək və ya möhkəmləndirməsindən məhrum etməkdir.

 

Həmçinin, qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın Donbasda çayı keçmək cəhdinin qarşısını uğurla alıb.

“Şəkillər göstərir ki, Severodonetskin qərbindəki Severski Donets çayını keçərkən Rusiya ən azı bir taktiki qrup batalyonunun önəmli sayda zirehli manevr elementlərini, eləcə də yerləşdirilmiş ponton körpü avadanlıqlarını itirib. Bu cür şəraitdə çay keçmə əməliyyatının həyata keçirilməsi olduqca riskli manevrdir və bu rusiyalı komandirlərin Ukraynanın şərqindəki əməliyyatlarında irəliləyiş əldə etmək üçün necə təzyiq altında olduğundan xəbər verir”, - deyə kəşfiyyatın məlumatında bildirilib.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Dünya