USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Türkiyə XİN İranın iddialarına cavab verib


  • Dünya
  •  15:56 12.05.2022
  •  17
https://img.baki-baku.az/news/2022/05/photo_6948.jpg

Türkiyə Xarici İşlər Nazirliyi İranda baş verən qum və toz fırtınalarının yaratdığı ekoloji problemlər və Tehranda hava çirkliliyinin pik həddə çatmasının səbəblərindən biri kimi Ankaranın inşa etdiyi bəndlərin olmasına dair iddialara cavab verib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, XİN sözçüsü Tanju Bilgiç bu iddiaların İran mediası və siyasətçiləri tərəfindən gündəmə gətirildiyini bildirib.

O qeyd edib ki, Türkiyədəki bəndlərin qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmdən uzaqdır.

“Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır. Əslində, iqlim dəyişikliyinin səbəb olduğu torpaqların məhv edilməsi, meşələrin qırılması, səhralaşma və quraqlıq da bu fırtınaları artırır”, - açıqlamada qeyd olunub.




Redaktorun seçimi

Paytaxtımızdan Mədəniyyət Paytaxtımıza
  • Mədəniyyət
  • 15:28 25.05.2022
Paytaxtımızdan Mədəniyyət Paytaxtımıza

Dünya