USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Soyuq müharibə"dən sonra bir ilk: Britaniya Şərqi Avropaya 8000 hərbçi göndərir


  • Dünya
  •  10:57 29.04.2022
  •  199
https://img.baki-baku.az/news/2022/04/photo_6878.jpg

Böyük Britaniya hərbi təlimlərdə iştirak etmək üçün Şərqi Avropaya 8000 hərbçi göndərir.

APA-nın “Guardian”a istinadən xəbərinə görə, bu, Böyük Britaniyanın soyuq müharibədən sonra Avropada ən böyük hərbi qüvvələr yerləşdirməsidir.

 

Məlumata görə, Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar olaraq bu yay keçirilməsi planlaşdırılan təlimlərin miqyası genişləndirilib. Qeyd olunub ki, təlimlər çərçivəsində Finlandiyadan Şimali Makedoniyayadək onlarla Britaniya tankları yerləşdiriləcək. Qeyd olunub ki, Britaniya hərbçilərinə NATO, eləcə də Finlandiya və İsveçin də daxil olduğu Birgə Ekspedisiya Qüvvələri alyansının hərbçiləri qoşulacaq. Nəticədə təlimlərdə iştirak edəcək hərbçilərin sayının on minlərlə olacağı vurğulanıb.

Britaniya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, təlimlər uzun müddət öncə planlaşdırılıb və Rusiyanın fevralda öz qonşusunu işğal etməsinə cavab olaraq inkişaf etdirilib.

Britaniya ordusunun generalı Ralf Vuddis (Ralph Wooddisse) bildirib ki, Böyük Britaniya Avropanın müdafiəsinə və Rusiyanın aqressiyadan çəkindirilməsinə nəzərəçarpan töhfə verir.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya