USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya Ukraynada yenidən sükut rejimi elan edəcək


  • Dünya
  •  08:34 20.04.2022
  •  192
https://img.baki-baku.az/news/2022/04/photo_6822.jpg

Rusiya tərəfi bu gün yenidən sükut rejimi elan etməyə hazırdır.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib ki, Azovstaldakı qüvvələr silahlarını yerə qoysunlar deyə süküt elan olunacaq.

"Rusiya Silahlı Qüvvələri sırf humanist prinsipləri rəhbər tutaraq, 20 aprel 2022-ci il, Moskva vaxtı ilə saat 14:00-dan etibarən qüvvələrə hərbi əməliyyatları dayandırmağı və silahlarını yerə qoymağı təklif edir”, - deyə Mizintsev bildirib.

General-polkovnik əmin edib ki, Rusiya Federasiyası silahı yerə qoyan hər kəsin həyatının qorunmasına və tibbi yardımın göstərilməsinə zəmanət verir.

Humanitar əməliyyatın həyata keçirilməsi üçün Rusiya tərəfi Moskva vaxtı ilə saat 13:00-dan etibarən tərəflər arasında əlaqə yaratmağı, bundan yarım saat sonra sükut rejiminin elan edilməsini təklif edib.

“Atəşkəs rejiminin hər iki tərəfdən bayraqların qaldırılması ilə başlayacaq. Rusiya tərəfdən - qırmızı, Ukrayna tərəfdən - Azovstalın bütün perimetri boyunca ağ rəng”, - deyə general-polkovnik qeyd edib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya