USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Makron Ukraynada baş verənləri soyqırımı adlandırmaqdan imtina edib


  • Dünya
  •  12:13 13.04.2022
  •  189
https://img.baki-baku.az/news/2022/04/photo_6758.jpg

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını soyqırımı adlandırmaqdan imtina edib.

APA CNN-ə istinadən xəbər verir ki, Fransanın ictimai telekanalı “France 2”yə müsahibəsində Makrondan ABŞ Prezidenti Co Bayden kimi Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyəti ilə bağlı soyqırımı ifadəsini işlədib-işlətməyəcəyini soruşublar.

"Mən bu cür terminlərlə bağlı diqqətli olardım, çünki bu iki xalq qardaşdır”, - Makron bildirib.

O, bacardığı qədər müharibənin dayandırılması və sülhün bərpasına çalışdığını vurğulayıb.

Makron əminliklə vurğulayıb ki, Ukraynadakı vəziyyət və müharibə cinayətləri qəbuledilməzdir: “Rusiya son dərəcə qəddar müharibəyə birtərəfli şəkildə başlayıb, indi Rusiya ordusunun müharibə cinayətləri törətdiyi müəyyən edilib və biz məsuliyyət daşıyanları tapmalıyıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ötən gün Ukraynadakı vəziyyəti soyqırımı adlandırıb və Rusiya Prezidenti Vladimir Putinin məqsədinin ukraynalı anlayışını silməyə çalışmaq olduğunu deyib. Böyük Britaniya Baş naziri Boris Conson və Polşa Prezidenti Andjey Duda da Rusiyanın Ukraynadakı fəaliyyətini “soyqırımı” adlandırıb.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya