USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Britaniyalı nazirdən Rusiyaya kimyəvi silahdan istifadə xəbərdarlığı: Putin bilməlidir ki, Qərbin buna cavab variantı masadadır


  • Dünya
  •  12:54 12.04.2022
  •  214
https://img.baki-baku.az/news/2022/04/photo_6737.jpg

“Əgər kimyəvi silahlar istifadə olunarsa, o zaman Prezident Putin bilməlidir ki, Qərbin buna cavabı ilə bağlı bütün mümkün variantlar masadadır”.

APA "Sky News"a istinadən xəbər verir ki, bunu Britaniyanın silahlı qüvvələr naziri Ceyms Heppi deyib.

Nazir bildirib ki, Britaniya hökuməti Mariupolda kimyəvi silahlardan istifadə ilə bağlı informasiyanı təsdiq edə bilməyib, lakin bunun doğru olduğu sübut olunarsa, buna sərt cavab verəcəklər: “Vəziyyətlə bağlı çox ikili yanaşmanın faydalı olduğunu düşünmürəm, çünki bunlar çox vacib və həssas məsələlərdir. Mən həm də düşünürəm ki, bəzi məsələlər var ki, onlar qəbuledilməzdir. Bu məsələlərdə mövqeyi aydın ortaya qoymaq vacibdir, kimyəvi silahlardan istifadəyə görə cavab olacaq və mümkün variantlar masadadır”.

Nazir Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibədəki fəaliyyətinə də toxunub.

“Mən sadəcə hesab edirəm ki, onlar heyrətamiz insanlardır”, - nazir ukraynalı hərbçilər barədə qeyd edib.

Ceyms Heppi Rusiya qüvvələrinin Buça, Hostomel və İrpini tərk etməsindən sonrakı səhnələri dəhşətli adlandırıb.

“Bu, sadəcə olaraq ən dəhşətli insan itkisidir. Bu, rusların düşünülmüş taktikasıdır”, - nazir Heppi əlavə edib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya