USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BMT Baş katibi Ramazan ayı münasibətilə videomüraciət yayıb


  • Dünya
  •  15:46 01.04.2022
  •  192
https://img.baki-baku.az/news/2022/04/photo_6671.jpg

Ramazan ayının başlanması münasibətilə BMT-nin Baş katibi Antonio Quterreş videomüraciət ünvanlayıb.

APA-nın xəbərinə görə Baş Katib bütün dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlaması münasibətilə ən xoş arzularını çatdırıb.

O bildirib ki, bu, mərhəmət və şəfqət ayıdır: "Düşünmək və öyrənmək zamanıdır. Bir araya gəlib, bir-birimizi mənəvi cəhətdən dəstəkləmək imkanıdır. Qaçqınlar üzrə Ali Komissar kimi başladığım ənənəni Baş katib olandan sonra da böyük qürurla davam etdirirəm. Hər Ramazan ayında müsəlman ölkələrinə səfər etmək, həmrəylik orucu tutmaq və iftar zamanı insanlarla çörək kəsmək şərəfinə nail olurdum. Təəssüf ki, COVID-19 pandemiyası bunu mümkünsüz etmişdi. Lakin şadam ki, bu ənənəni bu il bərpa edəcəyəm".

Baş Katib faciə və əzab-əziyyətin yaşandığı dövrdə münaqişə, köçkünlük və qorxu ilə üzləşən hər kəsi yad edib: "Müqəddəs Quranda da yazıldığı kimi, Allah bir-birimizi tanıyaq deyə xalqları və qəbilələri yaradıb. Bu müqəddəs ayda və hər gün, bütün qadınların və kişilərin təhlükəsizliyi, ləyaqəti, həmçinin firavanlığı üçün əl-ələ verib çalışaq. Gəlin bir-birimizdən öyrənək və birlikdə dinc dünya quraq. Ramazan ayınız mübarək!”




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya