USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Peskov: “Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə müzakirə etməyəcək”


  • Dünya
  •  14:35 30.03.2022
  •  201
https://img.baki-baku.az/news/2022/03/photo_6650.png

Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək. Krım Rusiya Federasiyasının bir hissəsidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz Rusiya Federasiyasının ərazilərinin, regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik, bundan söhbət gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb”, - Kremlin sözçüsü vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb.

“Həmkarım Medinski bu gün əlavə məlumat verəcək, ona müraciət edə bilərsiniz”, - Peskov əlavə edib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya