USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Donald Tramp Nobel Mükafatına namizəd göstərilib


  • Dünya
  •  14:40 09.09.2020
  •  268
https://img.baki-baku.az/news/2020/09/photo_656.jpg

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib. APA-nın xəbərinə görə, bu barədə "Fox News" məlumat yayıb. 

Donald Tramp İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşdırlmasında göstərdiyi səylərə görə namizəd göstərilib.

Onun namizədliyi Norveç Parlamentinin üzvü və NATO Parlament Assambleyasının sədri Kristian Tybring-Gjedde tərəfindən təqdim olunub.

Norveçli parlamentari 2018-ci ildə də Şimali Koreya liderinin qatıldığı Sinqapur zirvəsinin təşkilinə görə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini təqdim etmişdi. O, "Fox News"a açıqlamasında qeyd edib ki, D. Trampın digər Sülh Mükafatı namizədlərindən daha çox xalqlar arasında barışıq yaratmağa çalışdığını düşünür. 

Nobel Komitəsinə namizədlik məktubunda İsrail-BƏƏ razılaşmasından əlavə Donald Trampın "ziddiyyətli tərəflər (Hindistan və Pakistan arasındakı Kəşmir mübahisəsi, Şimali və Cənubi Koreya arasındakı qarşıdurma) arasında təmasın asanlaşdırılmasında əsas rolu" qeyd olunub.

NATO Parlament Assambleyasının sədri bildirib ki, bununla belə o, Prezident Trampın tərəfdarı deyil. "Komitə bəzən davranış tərzinə deyil, həqiqətlərə baxmalı və faktlara görə qiymətləndirmə aparmalıdır. Son illərdə Nobel Sülh Mükafatı alan insanlar Donald Trampdan daha az iş görüblər. Məsələn, Barak Obama heç bir şey etməmişdi", deyə norveçli parlamentari bildirib.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya