USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyədə COVID-19-la bağlı yeni yol xəritəsi hazırlanıb


  • Dünya
  •  13:32 09.09.2020
  •  269
https://img.baki-baku.az/news/2020/09/photo_645.jpg

Artıq bir neçə gündür Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm hallarında kəskin artım müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində tətbiq olunan qadağalar yenidən qüvvəyə minir.

AZƏRTAC xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən COVID-19-a qarşı qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsi hazırlanaraq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına təqdim edilib.

Bu tədbirlər çərçivəsində böyük şəhərlər də daxil olmaqla Türkiyənin hər bölgəsində kütləvi tədbirlərin keçirilməsi, iaşə obyektlərində canlı musiqi səsləndirilməsi qadağan olunub. Bu gündən etibarən Türkiyənin bir çox şəhərlərində olduğu kimi rəsmi rəqəmlərə əsasən 16 milyondan çox əhalisi olan İstanbulda da ictimai nəqliyyatdan istifadə edənlərin sayı və ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılır.

Qaydaların tətbiqinə nəzarət məqsədilə hər bölgədə xüsusi qruplar fəaliyyət göstərəcək.

Qeyd edək ki, avqustun 31-də Türkiyənin orta məktəblərində yeni tədris ili distant qaydada başlayıb. COVID-19-la bağlı vəziyyətdən asılı olaraq ənənəvi təhsilin sentyabrın 21-dən məktəbəqədər və 1-ci siniflər üçün başlanması nəzərdə tutulur.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya