USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukrayna SQ: Rusiya hərbçiləri Nikolayev istiqamətində irəliləyir


  • Dünya
  •  10:18 02.03.2022
  •  195
https://img.baki-baku.az/news/2022/03/photo_6437.jpg

Rusiya qüvvələri Kiyevi şimal və şimal-qərb istiqamətindən mühasirəyə almaq üçün hücum cəhdlərini davam etdirir.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

 

"Podolsk istiqamətində düşmən zirehli texnika ilə Qoreniçi, Qostomel, Demidova doğru irəliləyərək Kiyevi şimal və şimal-qərbdən mühasirəyə almağa çalışır”, - qeyd olunub.

Ukrayna tərəfi Rusiya hərbçilərinin Xerson və Nikolayev şəhərləri istiqamətində irəlilədiklərini, Mariupol şəhərini mühasirəyə almağa çalışdıqlarını açıqlayıb.

Baş Qərargah Rusiya Ordusunun heç bir istiqamətdə ciddi uğur əldə edə bilmədiyini də bəyan edib.

Vurğulanıb ki, Rusiya Ordusunun mənəvi durumu və qələbə əzmi şiddətli müqavimətinə görə sürətlə azalır, bütün istiqamətlərdə itki verirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə böyük itkilər səbəbi ilə Rusiya Ordusunun səfərbərlik elan edərək ehtiyat qüvvə topladığını bildirib.

Onun sözlərinə görə, Rusiya Ordusu taktiki təşəbbüsü itirib və hücum tempini azaltmalı olub.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya