- Daxili siyasət
- 10:15 25.09.2024
Qazaxıstan parlamentin aşağı palatası sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar verib.
APA TASS-a istinadən xəbər verir ki, Dariqa Nazarbayeva şəxsən bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Deputatlar yekdilliklə onun səlahiyyətlərinə xitam verilməsinə səs veriblər.
58 yaşlı Dariqa Nazarbayeva 2021-ci ilin yanvarından deputat idi.
Müxtəlif illərdə o, Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri, Baş nazirini müavini və s. vəzifələrdə çalışıb.