- Daxili siyasət
- 10:15 25.09.2024
Latviya parlamenti könüllülərin Ukraynada döyüşməsinə icazə verən qanunu qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"də bildirib.
"Latviya parlamenti latviyalı könüllülərin Ukrayna Silahlı Qüvvələrində döyüşməsinə icazə verən qanun layihəsini yekdilliklə qəbul edib”, - o qeyd edib.