USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukrayna XİN Rusiyanın hücumu ilə bağlı bəyanat yayıb Dmitri Kuleba: "Dünya dərhal hərəkətə keçməlidir"


  • Dünya
  •  10:03 24.02.2022
  •  195
https://img.baki-baku.az/news/2022/02/photo_6372.jpg?v=MjAyMi0wMi0yNCAxMDowNjo1Nw==

Ukrayna XİN ölkədəyə hücumla bağlı bəyanat yayıb.

Ukrayna XİN Mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir:

"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib.

Rusiyanın hücum hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, Ukrayna ərazisini güc yolu ilə ələ keçirməkdir.

Rusiya qoşunları müxtəlif istiqamətlərdən, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Donbass və Krım, eləcə də şimal-şərq bölgəsindən Ukraynanın dinc şəhərlərinə hücum edir.

Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.

Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, müdafiəçilərimiz işğalçı dövləti dəf etməyə hazırdır və Ukrayna torpaqlarının müdafiəsi üçün əllərindən gələni edəcəklər”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında qeyd edib ki, dünya dərhal hərəkətə keçməlidir. Avropanın və dünyanın gələcəyi təhlükə altındadır. O, Rusiyaya qarşı bu addımların atılmasını tələb edib:
1. SWIFT daxil olmaqla dərhal Rusiyaya qarşı dağıdıcı sanksiyaların tətbiqi
2. Rusiyanı bütün vasitələrlə, bütün formatlarda tam təcrid edin
3. Ukrayna üçün silahlar, avadanlıqlar
4. Maliyyə yardımı
5. Humanitar yardım.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya