USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı növbəti tarix açıqlandı - əvvəlki diqqəti yayındırmaq üçünmüş


  • Dünya
  •  12:54 17.02.2022
  •  194
https://img.baki-baku.az/news/2022/02/photo_6312.jpg

Rusiyanın Ukraynanı fevralın 16-da işğal edəcəyi ehtimalı həddindən artıq şişirdilib.

APA-nın xəbərinə görə “Politico”da nəşr edilmiş məqalədə belə qeyd olunub.

 

Bildirilib ki, 16 fevral tarixinin həddindən artıq şişirdilməsi, hadisələri anlamaq üçün vacib olan əsas tarixdən diqqəti yayındırır.

Nəşrə açıqlama verən amerikalı hərbi analitik, Dənizçilik Təhlil Mərkəzinin (CNA) eksperti Maykl Kofman bildirib ki, əsas diqqət fevralın 20-dən sonra baş verəcək proseslərə yönəldilməlidir və bu proseslər Rusiyanın həqiqi niyyətinin anlaşılmasına yardım edəcək.

Kofman əlavə edib ki, “Soyuq müharibə”dən sonrakı ən böyük hərbi təlimlər olan Rusiya-Belarus hərbi təlimləri fevralın 20-də başa çatacaq və Rusiya Prezidenti Vladimir Putin həmin tarixdən sonra qoşunlarının Belarusdan çıxacağı sözünü verib.

“Bu, (20 fevral- red.) onların yalan danışıb-danışmadığını anlamaq üçün faydalı bir tarixdir. Kəşfiyyatçılar qoşunların həqiqətən də öz yerlərinə qayıtdığını, yoxsa Ukrayna ilə sərhədə yaxın yeni bir mövqe almalarını müşahidə etməlidirlər”, - Kofman vurğulayıb.

Məqalədə qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı digər faktor Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkə xaricində olacağı Münhen Təhlükəsizlik Konfransıdır.

O da qeyd olunub ki, fevralın 20-də Pekin Qış Olimpiya Oyunları da başa çatır və Putin bağlanış mərasimindən əvvəl Ukraynaya hücum edərək Çin lideri Si Cinpinin kefini qaçırmayacaq.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya