- Daxili siyasət
- 10:15 25.09.2024
Türkiyə Ukrayna ilə planlaşdırılan silah müqavilələrindən geri çəkilməyəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bunu “Bloomberg”ə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
O qeyd edib ki, Türkiyə Ukraynaya əlavə olaraq növbəti PUA-lar (Pilotsuz Uçuş Aparatı) partiyasını sata bilər.