USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukraynada məcburi hərbi xidmət ləğv olunur


  • Dünya
  •  16:01 01.02.2022
  •  202
https://img.baki-baku.az/news/2022/02/photo_6190.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski “Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətin cəlbediciliyinin artırılması və peşəkar ordunun əsaslarına mərhələli keçid üzrə prioritet tədbirlər haqqında” fərman imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin saytında məlumat verilib.

Fərmanda bütün hərbi qulluqçuların pul müavinətlərinin minimum əmək haqqının üç mislindən aşağı olmamaq şərti ilə mərhələli şəkildə artırılması; hərbi qulluqçuların, veteranların və onların ailə üzvlərinin mənzil təminatı konsepsiyasının işlənib hazırlanması; zabit karyera inkişafı sistemini əhatə edir.

Sənədə əsasən, Nazirlər Kabineti cari ilin dövlət büdcəsinə Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul müavinətinin minimum əmək haqqının azı iki misli qədər artırılması üçün maliyyə vəsaiti nəzərdə tutan dəyişikliklər hazırlamalıdır. Həmçinin 2023-cü il ərzində uzunmüddətli müqavilə bağlayan hərbi qulluqçuların pul müavinətinin minimum əmək haqqının üç misli qədər artırılması nəzərdə tutulur.

Sözügedən fərmanda növbəti üç il ərzində Ukrayna Silahlı Qüvvələrinin sayının 100 min nəfərə çatdırılması və Ukrayna Silahlı Qüvvələrinin əlavə 20 briqadasının yaradılması qeyd olunub. Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinin peşəkar əsaslarla formalaşmasına mərhələli keçid, xüsusilə, hərbi xidmətin mümkün alternativ forması kimi intensiv hərbi təlim sistemi modelinin tətbiqi və 2024-cü il yanvarın 1-dən Ukrayna vətəndaşlarının hərbi xidmətə çağırışının dayandırılması da qeyd olunub.

"Bu fərman Ukraynanın peşəkar orduya keçidinin başlanğıcıdır. Bu fərman ona görə deyil ki, “müharibə tezliklə gələcək”. Bu fərman ona görədir ki, tezliklə və gələcəkdə sülh, Ukraynada sülh olsun. Vətənimizin çoxlu dostları var və biz onlara çox minnətdarıq. Amma dostların öz vətənləri var. Ona görə də heç kim bizim əvəzimizə Ukraynanı qurmayacaq, Ukraynanı qorumayacaq, onu xilas etməyəcək, ayağa qaldırmayacaq”, - deyə Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın yeddinci sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya