USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Pandemiya nəticəsində dünyada 200 min tondan çox tibbi tullantı toplanıb


  • Dünya
  •  15:15 01.02.2022
  •  198
https://img.baki-baku.az/news/2022/02/photo_6187.jpg

COVID-19 pandemiyası nəticəsində dünyada 200 min tondan çox tibbi tullantı toplanıb.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilib ki, bu tullantıların böyük hissəsini plastik materiallar təşkil edir.

ÜST-ün məlumatına görə, pandemiyanın başlanğıcından bəri ən azı 144 000 ton istifadə edilmiş iynə, şpris və toplama qabları yığılıb ki, bu da xüsusilə peyvəndləmə kampaniyası ilə bağlıdır.

Bundan əlavə, təkcə BMT tərəfindən 2020-ci ilin martından 2021-ci ilin noyabrına qədər 87 min ton qoruyucu geyim dünyanın müxtəlif ölkələrinə çatdırılıb.

Tibbi tullantıların 2600 tona qədərini korona testləri, 731 000 litrini isə kimyəvi tullantı təşkil edir. Şəxsi istifadə üçün qoruyucu maskalar hesablamalara daxil edilmir.

ÜST bildirib ki, pandemiyadan əvvəl də bütün səhiyyə müəssisələrinin üçdə biri tullantılarını lazımi qaydada utilizasiya edə bilmirdi. İndi isə COVID-19 tullantıları tibb işçiləri və poliqonların yaxınlığında yaşayan insanlar üçün sağlamlıq riski və ətraf mühit üçün risk yaradır.

ÜST ölkələri bu problemin qarşısını almaq üçün strategiyalar hazırlamağa çağırıb.

“COVID-19 dünyaya sağlamlıq məhsullarının istehsalı, istifadəsi və utilizasiyasındakı boşluqları və uğursuzluqları göstərdi”, - ÜST-ün ətraf mühit üzrə direktoru Maria Neira bildirib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya