USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukraynanın müdafiə naziri Şoyqu ilə görüşə hazırdır


  • Dünya
  •  15:40 31.01.2022
  •  182
https://img.baki-baku.az/news/2022/01/photo_6172.png

Ukraynanın müdafiə naziri Aleksey Reznikov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşün mümkünlüyü barədə sualı cavablandırıb.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri "LB.ua"ya müsahibəsində danışıb.

“Bu, bəyanat deyildi. Bu barədə Ali Radada deputatlar qarşısında çıxışımdan sonra jurnalistlərin sualına cavabımda bildirmişəm. Məndən Şoyqu ilə görüşməyə hazır olub-olmadığımı soruşdular. Cavab verdim ki, belə bir təşəbbüs olmayıb, amma kimsə, mən NATO və ya Avropa İttifaqını nəzərdə tuturam, bu təşəbbüsü göstərsə və ya təşkil etsə, fevralda Brüssel və ya Münhendə həmkarlarımın moderatorluğu ilə ABŞ və ya Britaniyanın müdafiə nazirinin iştirakı ilə belə görüş niyə də olmasın?"

Reznikov Ukraynanın Rusiya üçün təhlükə olmadığını izah etmək istədiyini söyləyib: “Mən görüşməyə, danışmağa, onlar üçün bizim necə bir təhlükə olmağımızla bağlı sualına cavab verməyə hazıram. Təbii ki, güclü moderatorların, eyni səviyyəli vasitəçilərin olması lazımdır. Bu gün prezidentlər səviyyəsində, siyasi müşavirlər səviyyəsində "Normandiya formatı"nda, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Niyə digər ölkələrin müdafiə nazirlərinin iştirakı ilə müdafiə nazirləri səviyyəsində görüş keçirilə bilməz? Həm ABŞ, həm də Böyük Britaniya Budapeşt Memorandumunun nə olduğunu bilir, ona görə də bu iki ölkənin təmsilçilərinin adını çəkdim”.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Dünya