USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərdoğandan Ukrayna ilə bağlı Rusiyaya xatırlatma: Ukrayna sıradan bir ölkə deyil, güclü ölkədir


  • Dünya
  •  15:30 18.01.2022
  •  193
https://img.baki-baku.az/news/2022/01/photo_6085.jpg

Rusiyanın Ukraynaya təcavüzünün real ola biləcəyini düşünmürəm. Çünki Ukrayna sıradan bir ölkə deyil. Ukrayna güclü ölkədir. Həmçinin Rusiya bu addımı atmazdan əvvəl bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya mətbuatına müsahibəsində bildirib.

 

O, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfər etdiyini xatırladıb: “Mən də cənab Əliyevlə söhbət edəcəyəm. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. Bunlar düzgün deyil. Biz müharibəni siyasət tarixindən silməliyik”.

Türkiyə Prezidenti qeyd edib ki, “mən kiminsə torpağını işğal edim” məntiqi işlək deyil: “Məsələn, Rusiya Ukraynada nə etdi? Krımı anneksiya etdi. Krıma gəlincə, mən həmişə cənab Putinlə keçirdiyimiz hər görüşdə ona deyirəm ki, biz Krımın işğalına qarşıyıq. Bunları bizim Xarici İşlər Nazirliyi də həmkarlarına deyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır”.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya