USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrov: “ABŞ və NATO Rusiyanın zəmanət tələbini qəti şəkildə rədd edir”


  • Dünya
  •  16:54 13.01.2022
  •  214
https://img.baki-baku.az/news/2022/01/photo_6056.jpg

Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı danışıqlarda ABŞ və müttəfiqlərində olmayan arqumentlər var.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın “Böyük oyun” proqramının efirində deyib.

 

Lavrov qeyd edib ki, Qərbin öz dominantlığını təsdiq etmək cəhdləri Rusiya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqların gedişində özünü tam şəkildə göstərib: “Danışıqlara gəlincə, proseslər Qərbin dünya səhnəsində ciddi qarşıdurmanı, öz dominantlığını təsdiqləmək cəhdini, öz maraqlarını irəli sürmək üçün zəruri görünən hər şeyə şübhəsiz nail olmaq istəyini əks etdirir”.

Rusiya XİN başçısı Qərbin mövqeyini barışmaz adlandırsa da, danışıqların işgüzar və sakit tərzdə keçdiyini əlavə edib. O, tərəflərin bir-birini başa düşmək perspektivinə ümidli olduğunu və təhlükəsizlik zəmanəti ilə bağlı danışıqların Moskvanın gözləntisinə uyğun keçdiyini söyləyib.

Rusiyanın baş diplomatı onu da qeyd edib ki, ABŞ və NATO Rusiyanın alyansın genişlənməməsinə dair zəmanət tələb etmək hüququnu qəti şəkildə rədd edir: “Rusiya ümid edir ki, ABŞ və NATO öz vədini yerinə yetirəcək və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə reaksiyasını kağız üzərinə qoyacaq”.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya