USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa Şurasının Baş katibi Belarusla bağlı bəyanat yayıb


  • Dünya
  •  14:35 08.09.2020
  •  270
https://img.baki-baku.az/news/2020/09/photo_600.jpg

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Belarusla bağlı bəyanat yayıb. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi xəbərə görə, təşkilatın Baş katibi Belarusda insan haqlarının təhdid olunması ilə bağlı narahatlığını ifadə edib.

"Avropa Şurası Belarusda insan haqlarına qarşı yönəlmiş son təhdidlərdən ciddi şəkildə narahatdır. Koordinasiya Şurasının üzvlərinə edilən təzyiq və təqiblər, vətəndaş cəmiyyəti nümayəndələri və mitinqlərdə iştirak edən sadə vətəndaşların yenidən həbsləri son dərəcə narahatlıq doğurur. Vətəndaşlara kütləvi şəkildə hədə-qorxu gəlinməsi tamamilə qəbuledilməzdir və dayandırılmalıdır. Bu cür qanunsuz tətbiqetmələrin davam etməsi onsuz da çətin vəziyyətin ağırlaşması və gözlənilməz nəticələrə səbəb olması üçün açıq şəkildə risk yaradır. Belarusun qanunsuzluğun və siyasi təqiblərin mövcud olduğu bir dövlətə çevrilməsi təhlükəsi var.

Avropa Şurası adından Belarus rəhbərliyini bu repressiv əməllərə son qoymağa çağırıram. Lazımi islahatların hazırlanması və gecikdirilmədən həyata keçirilməsi üçün vətəndaş cəmiyyəti ilə ədalətli və açıq dialoq aparmaqdan başqa yol yoxdur. Avropa Şurası bu baxımdan kömək təklif etməyə hazırdır", Avropa Şurasının Baş katibi vurğulayıb.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya