- Daxili siyasət
- 11:33 24.09.2024
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Plan və Büdcə Komissiyasının müzakirələri zamanı Ədalət və İnkişaf Partiyası ilə (AKP) Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri arasında gərginlik yaşanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, öncə komissiyanın müzakirələrində iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə CHP-nin millət vəkillərinin qrup rəhbəri Özgür Özəl arasında mübahisə baş verib.
Gərginlik AKP və CHP-li millət vəkilləri arasında əlbəyaxa davaya və yumruqlaşmaya çevirilib.