USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BMT-nin baş katibi: “Pandemiya əlilliyi olan 1 milyard insana mənfi təsir göstərib”


  • Dünya
  •  11:11 03.12.2021
  •  189
https://img.baki-baku.az/news/2021/12/photo_5821.jpg

BMT-nin baş katibi Antoniu Quterreş Beynəlxalq Əlilliyi olan İnsalar Günü münasibətlə beynəlxalq ictimaiyyətə müraciət edib.

APA xəbər verir ki, müraciətdə əlilliyi olan insanların üzləşdiyi bərabərsizlik və maneələrin aradan qaldırılmasına çağırış yer alıb.

“Əlilliyi olan insanların hüquqlarını, fəaliyyət və liderlik imkanlarını təmin etmək hər birimizin gələcəyinə müsbət təsir göstərəcək.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hər kəsə, əlilliyi olan insanlara da ehtiyacımız var. Bütün dünyada əlilliyi olanlar insanlar və onları təmsil edən təşkilatlar fəaliyyətlərini “Bizə aid olan işlər bizsiz görülə bilməz” çağırışı əsasında qururlar.

Dünyada əlilliyi olan 1 milyard insanın üzləşdiyi bərabərsizliklər və maneələr COVID-19 dövründə daha qabarıq şəkildə özünü göstərib. Pandemiyanın ən çox mənfi təsir göstərdiyi qruplardan biri də onlardır.

Əlililiyi olan insanları da ehtiva edən pandemiyaya cavab tədbirləri və bərpa prosesinə elə məhz bu insanlar rəhbərlik etməlidir. Tərəfdaşlıqlar təsis etmək, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə aparmaq, texnologiyaya çıxış imkanlarını artırmaq, eləcə də daha inklüziv, əlçatan və dayanıqlı dünya qurmaq uğrunda çalışan təşkilatlara dəstək olmaq lazımdır.

Bütün ölkələri “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyanı icra etməyə, əlilliyi olan insanlar və onları təmsil edən təşkilatların fəal iştirakı ilə əlçatımlılıq imkanlarını genişləndirməyə, hüquqi, sosial, habelə iqtisadi maneələri aradan qaldırmağa çağırıram.

Gəlin, Beynəlxalq Əlilliyi olan İnsanlar Günündə heç kimi diqqətdən kənar qoymamaqla hər kəs üçün dayanıqlı, inklüziv və ədalətli gələcək qurmaq öhdəliyi götürək”.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Dünya