USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa İttifaqının komissarı: "COVID-19-la əlaqədar səfərlər qaydaları tezliklə dəyişəcək"


  • Dünya
  •  13:24 25.11.2021
  •  211
https://img.baki-baku.az/news/2021/11/photo_5749.jpg

“Pandemiyanın pisləşməsi ilə əlaqədar Avropa İttifaqının (Aİ) sərhədlərinin keçilməsi ilə bağlı qaydalar tezliklə dəyişəcək”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Səhiyyə məsələləri üzrə Komissarı Stella Kiriakides "larazon.es"ə müsahibəsində deyib.

O bildirib ki, Avropada pandemiya ilə bağlı vəziyyət narahatedicidir və son vaxtlar yoluxmada artım müşahidə olunur.

"100000 sakinə orta hesabla 473 yoluxma baş verib, bu həyəcan verici rəqəmdir, xüsusilə 15 yaşdan aşağı olanlar arasında yoluxma halı çoxdur", - deyə o bildirib.

Yoluxma sayının artma səbəbi ilə bağlı Stella Kiriakides deyib ki, ölkələr məhdudiyyətləri yumşaldıb və vaksinasiyanın sürəti azalıb.

"Məlumatlar göstərir ki, COVID-19-a yoluxanların əksəriyyəti peyvənd vurdurmayan insanlardır. Qış çox çətin keçəcək. Dekabr və yanvar aylarında xəstəxanalarda yüklənmə olacaq. Ölkə əhalisinin 80%-i vaksinasiya olunmayan bütün ölkələr ciddi, eyni zamanda cəmiyyət üçün çətin addımlar atmalıdır. Bir neçə gündən sonra Avropa İttifaqının sərhədlərini keçmə qaydaları dəyişdiriləcək. Pandemiyanın pisləşməsi dövlətlər arasında verilən məlumatların yenilənməsini tələb edir. Dekabr və yanvar aylarında səhiyyə sisteminə təzyiq artacaq. Biz sərt qışa hazırlaşmalıyıq", - Avropa İttifaqının Səhiyyə məsələləri üzrə Komissarı bildirib.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Dünya